Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib.

    Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib.

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “BEST Solutions” şirkəti ilə birlikdə elektron SİM əsaslı (eSİM) yeni nəsil gücləndirilmiş mobil rəqəmsal “Asan İmza” xidmətini təqdim edib. eSİM SİM-kart vasitəsilə əldə edilən “Asan İmza”nın elektron formasıdır. 

    Müasir smartfonların dəstəklədiyi eSİM “Asan İmza” ilkin mərhələdə mobil operatorlardan birinin abunəçiləri üçün nəzərdə tutulub, sonrakı mərhələdə isə digərlərinin abunəçiləri tərəfindən də istifadəsi mümkün olacaq. Yeni nəsil eSİM “Asan İmza” həllinin bir sıra üstünlükləri mövcuddur. Bu həll, ilk növbədə, elektron sənədlərin etibarlı şifrələnməsi və deşifrə olunmasını, müasir kriptoalqoritmlər vasitəsilə təhlükəsizliyi təmin edir. Eyni zamanda,  virtual eSİM kartının tətbiqi fiziki SİM-kartın oğurlanması və ya itirilməsi riskini aradan qaldırır. 

    Smartfonlara quraşdırılan yeni nəsil texnologiyaya əsaslanan eSIM fiziki SİM-kartı əvəz edir. eSİM həllinin üstünlüklərinə yalnız yüksək təhlükəsizlik deyil, həmçinin, ekoloji cəhətdən səmərəli, plastik kartlardan imtina konsepsiyasına uyğunluq və təkmilləşdirilmiş funksionallıq xüsusiyyətləri daxildir. eSİM istifadəçisi telefonunda bir neçə nömrəni aktiv saxlamaq imkanı əldə edir. 

    Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi məqsədilə İnternet Vergi idarəsinə (www.e-taxes.gov.az) istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil olmaq imkanı məhdudlaşdırılacaq. 

    “Asan İmza” “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq, əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir, dövlət və özəl sektorda 2000-dən çox elektron xidmətdə fəal istifadə edilir. Bugünə qədər 3 milyondan çox “Asan İmza” sertifikatı verilib və 300 milyondan çox tranzaksiya icra edilib. 

    Dövlət Vergi Xidməti həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri üçün keyfiyyətli xidmətlərin göstərilməsinə, vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinin təmin edilməsinə və bu sahədə beynəlxalq standartlara riayət olunmasına xüsusi diqqət yetirir. İnternet Vergi İdarəsinə daxil olmağın “Asan İmza” vasitəsilə mümkün olması tələbi də vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinə və mühafizə tələblərinə uyğun saxlanılmasına xidmət edir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleDividendlər üzrə vergi dərəcəsi 5 faizə endiriləcək.
    Next Article Mikro sahibkarlara vergi güzəştinin şərtləri dəyişib.5 %-dən 20%-ə keçid.

    Related Posts

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 2024

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 2024

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 2024
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 202424

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 20242

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 20242

    İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq ediləcək

    November 20, 20242
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.