Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»Son 12 ayda Azərbaycanda 14 minə yaxın şirkət yaradılıb

    Son 12 ayda Azərbaycanda 14 minə yaxın şirkət yaradılıb

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    Vergi ödəyicilərinin sayı 6,3 faiz artıb

    2024-cü ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.562.960 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.

    Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 92.407 vahid (6,3 faiz), o cümlədən fiziki şəxslərin sayı 78.597 vahid (6,1 faiz), hüquqi şəxslərin sayı 13.810 vahid  (7,4 faiz) artıb.

    Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 183.528 vahid təşkil edib və 2023-cü ilin yanvar – iyul ayları ilə müqayisədə 8,1 faiz artıb.

    2024-cü ilin 7 ayı ərzində 7.426 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 6.616-sı (89,1 faiz) yerli investisiyalı, 810-u (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 5.985-i (80,6 faizi) elektron qaydada, onların isə 4.832-si Asan İmza, 1.140-ı yeni üsulla (finkod + mobil nömrə), 13-ü isə “SİMA” rəqəmsal imzası vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

    Avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38.101 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32 faiz təşkil edib.

    Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

    2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,2 faiz artıb.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleAzərbaycan Mərkəzi Bankı ən çox istifadə olunan fırıldaqçılıq metodlarını açıqlayıb
    Next Article “Səba” başqa bir şirkətə satılıb, istehsalın dayanması mümkün deyil”

    Related Posts

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 2024

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 2024

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 2024
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 202424

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 20242

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 20242

    İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq ediləcək

    November 20, 20242
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.