Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»“Səba” başqa bir şirkətə satılıb, istehsalın dayanması mümkün deyil”

    “Səba” başqa bir şirkətə satılıb, istehsalın dayanması mümkün deyil”

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    “SƏBA”nın aktivlərini Abid Əliyev adlı şəxsin rəhbəri olduğu və 32 milyon manat kapitalı olan “Chicken Pro.” MMC alıb.
    “”Səba” şirkətinin aktivləri başqa bir şirkətə satılıb, indiki vəziyyətdə müəssisəsdə istehsalın dayanması mümkün deyil”.Bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.Assosiasiyanın sədri əlavə edib ki, “Səba” ASC şirkətinin aktivlərini “Chicken Pro.” MMC şirkəti alıb:

    “Quşçuluq müəssisəsində istehsal dayanmır, “Səba” markası ilə satış davam edəcək. Hazırkı vəziyyətdə istehsalın dayanması mümkün deyil – çünki inqubatorda yumurtalar, sahədə toyuqlar, kəsimxanada kəsim prosesi var”.

    Xatırladaq ki, 29 iyul 2024-cü il tarixində keçirilmiş “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə, “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında məsələ də daxil idi. 

    Həmçinin Ümumi yığıncağın gündəliyinə “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında, “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin iştirakçısı olduğu “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında və “Səba” ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin “Azerbrood” MMC-yə satılması haqqında məsələlər daxil idi.32 milyon 345 min 955 min manat nizamnamə kapitalı olan “Chicken Pro.” MMC şirkətinin qanuni təmsilçisi Əliyev Abid Müstəqim oğludur. Dövlət Vergi Xidmətinin 9 iyul 2024-cü il tarixində dərc etdiyi məlumata görə, “Chicken Pro.” MMC  (VÖEN: 1605507081) 27 İyun 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 189, bina 185 A, BLOK 2 m.11/2-dir (Baku City Residence). Qeydyiyyata alınan zaman “Chicken Pro.” MMC-nin nizamnamə kapitalı 26 milyon 500 min manat olub.

    “Chicken Pro.” MMC-nin əldə etdiyi quşçuluq müəssisəsinə əlavə sərmayə yatıracağı da gözlənilir. 

    Bu gün mətbuatda “Səba”nin istehsalı və satışı dayandırdığı barədə məlumat yayılıb. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleSon 12 ayda Azərbaycanda 14 minə yaxın şirkət yaradılıb
    Next Article Azərbaycana xaricdən 7 ayda 944 milyon dollarlıq avtomobillər gətirilib

    Related Posts

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 2024

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 2024

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 2024
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 202422

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 20242

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 20242

    İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq ediləcək

    November 20, 20242
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.