Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»Azərbaycanda 10 audit şirkətinin lisenziyası dayandırılıb – ADLARI

    Azərbaycanda 10 audit şirkətinin lisenziyası dayandırılıb – ADLARI

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    Azərbaycanda 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyası müvəqqəti dayandırılıb.

    Bu barədə Auditorlar Palatasından bildirilib.

    Məlumata görə, audit fəaliyyəti dayandırılan şirkətlər “Audit Planning and Strategy” MMC, “Bakinar Audit” MMC, “Capital Audit” MMC, “KF Audit” MMC, “East İnvest Finance and Accounting” MMC, “Max Audit” MMC, “Proqress Audit” MMC, “Rasional Audit” MMC, “Solutions Audit Services” MMC və “T. A. T Global Audit” MMC-dir.

    Qeyd edilib ki, Auditorlar Palatası Şurasının qərarına əsasən sözügedən şirkətlər üzvlük haqqı borclarını bu il yanvarın 20-dək tam ödəmədikləri üçün yanvarın 22-dən onların audit fəaliyyəti dayandırılıb. Həmçinin, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə də məlumat verilib.

    Auditorlar Palatasından o da əlavə edilib ki, sözügedən şirkətlərin konsaltinq xidməti göstərməsi ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilməyib. Üzvlük haqqları ödənildikdən sonra isə onların audit fəaliyyəti bərpa edilə bilər.

    Qeyd edək ki, audit şirkətlərinin Palataya illik üzvlük haqqı 5972 manat, sərbəst auditorların üzvlük haqqı isə 2920 manat təşkil edir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleMikro sahibkarlara vergi güzəştinin şərtləri dəyişib.5 %-dən 20%-ə keçid.
    Next Article Bankların fevral hərraclarındakı tələbi $871 milyona çatıb

    Related Posts

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 2024

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 2024

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 2024
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 202424

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 20242

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 20242

    İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq ediləcək

    November 20, 20242
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.