2024-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycana 943 milyon 792 min dollar dəyərində 51 min 179 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal olunub.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı say ifadəsilə 9,8% azalıb, dəyər ifadəsilə 4,8% artıb.
Qeyd edək ki, 2023-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycana 900 milyon 590 min dollar dəyərində 56 min 766 ədəd avtomobil idxal edilmişdi.
2024-cü ilin 7 ayı ərzində ölkəmizə 830 milyon 527 min dollar dəyərində 46 min 17 ədəd minik avtomobili idxal olunub. 2023-cü ilin eyni dövründə 813 milyon 945 min dollar dəyərində 52 min 675 ədəd minik avtomobili idxal edilmişdi.
2024-cü ilin 7 ayında Azərbaycana 11 min 276 ədəd hibrid (ötən ili 7 ayında 8 min 426 ədəd), 1792 ədəd tam elektrik (ötən ilin 7 ayında 1492 ədəd) nəqliyyat vasitəsi gətirilib.

