Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»Azərbaycana elektromobil idxalı 7 dəfə artıb

    Azərbaycana elektromobil idxalı 7 dəfə artıb

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    111 MİLYON DOLLARLIQ ALIŞ

    2023-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycana 111 milyon 47 min dollar dəyərində 2 min 737 ədəd yalnız yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (tam elektromobil) idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə elektromobillərin idxalı say üzrə 2 min 328 ədəd və ya 6,7 dəfə, dəyər üzrə isə 96 milyon 722 min dollar və ya 7,7 dəfə artıb. 2022-ci ilin 11 ayı ərzində Azərbaycana 14 milyon 325 min dollar dəyərində 409 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunmuşdu. 

    Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

    2023-cü ilin 11 ayı ərzində Azərbaycana 332 milyon 367 min dollar dəyərində 12 min 749 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) nəqliyyat vasitələri idxal olunub. Ötən ilin eyni dövründə Azərbaycana 134 milyon 603 min dollar dəyərində 10 min 483 ədəd elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunmuşdu. Beləliklə, hibrid vasitələrin idxalı say üzrə 2 min 266 ədəd və ya 21,6%, dəyər üzrə 197 milyon 764 min dollar və ya 2,5 dəfə artıb.

    Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycana 1 milyard 522 milyon 373 min dollar dəyərində 88 min 738 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal olunub. 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 932 milyon 95 min dollar dəyərində 66 min 866 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. Azərbaycana 2023-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 21 min 872 ədəd və ya 32,7% daha çox avtomobil idxal edilib. 

    O cümlədən, 2023-cü ilin yanvar-noyabr dövründə 1 milyard 377  milyon 362 min dollar dəyərində 81 min 824 ədəd minik avtomobili idxal edilib.

    Hibrid və tam elektrik avtomobillərin cəmi idxal dəyərinin cəmi avtomobil idxalında xüsusi çəkisi 29%-i keçib. Bu nisbət ötən ilin 11 ayının yekununda 16% idi. 

    Qeyd edək ki, Azərbaycanda yeni elektrik avtomobilləri üçün kredit şərtləri daha yumuşaqdır. Eyni zamanda, ölkəmizdə elektrik enerjisi doldurma məntəqələrinin sayı artdıqca elektrik avtomobillərinin də satışı artır. Elektrik avtomobilinə sahib olmaq günün trendlərindən birinə çevrilməkdədir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleNoyabrda Avrozonada illik inflyasiya yavaşlayıb
    Next Article Azərbaycana neft və qazdan daxil olan pul azalır

    Related Posts

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 2024

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 2024

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 2024
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    November 20, 202424

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    November 20, 20242

    Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

    November 20, 20242

    İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq ediləcək

    November 20, 20242
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.