Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»Azərbaycan Mərkəzi Bankı ən çox istifadə olunan fırıldaqçılıq metodlarını açıqlayıb

    Azərbaycan Mərkəzi Bankı ən çox istifadə olunan fırıldaqçılıq metodlarını açıqlayıb

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    Azərbaycanda son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır.

    Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

    “Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır. Qeyd olunan məlumatların açıqlanması nəticəsində ödəniş kartında olan vəsaitlər fırıldaqçılar tərəfindən oğurlana bilər”, – deyə məlumatda qeyd olunub.

    “Bank sektorunda təqdim edilən xidmətlərin əlçatanlığının genişləndirilməsi üzrə həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri öz növbəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri formalaşdırmaqdadır. Bu xüsusda, banklar tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə təhdidlərin qarşısının alınması məqsədilə müvafiq infrastrukturlar tətbiq edilir, eyni zamanda həssas ödəniş məlumatlarının mühafizəsi məqsədilə müştərilərin təlimatlandırılması və maarifləndirilməsi üzrə tədbirlər həyata keçirilir.

    Bu çərçivədə istifadəçi məlumatlılığının artırılması məqsədilə televiziya kanallarında və sosial şəbəkələrdə maarifləndirici videoçarxlar da paylaşılır. Həmçinin kiberdələduzluq və fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə aparılan fəaliyyət AMB, banklar və aidiyyəti dövlət orqanları ilə birgə sıx koordinasiya şəraitində həyata keçirilir”, – deyə AMB bəyan edib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleDövlət büdcəsində 1,3 milyard manatlıq artıqlıq yaranıb
    Next Article Son 12 ayda Azərbaycanda 14 minə yaxın şirkət yaradılıb

    Related Posts

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 2025

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 2025

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 2025
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqladı

    August 6, 20250

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 20251

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 20251

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 20252
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.