Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»Azərbaycan dövlətinin 26 milyard manata yaxın borcu olduğu açıqlandı

    Azərbaycan dövlətinin 26 milyard manata yaxın borcu olduğu açıqlandı

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    Maliyyə Nazirliyi dövlət borcu haqqında son rəqəmləri açıqlayıb. 

    “Dövlət Borcu üzrə yarımillik Statistik Bülleten”ə istinadən xəbər verir ki, 2025-ci il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil etmişdir.

    Reklam_3_11

    Ümumi dövlət borcunun 8 milyard 518,2 milyon manatı (5 milyard 10,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17 milyard 177,4 milyon manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.

    Xarici dövlət borcu

    Borcun strukturu 01 iyul 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat (76 milyard 860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil etmişdir. 2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119 milyon ABŞ dolları və ya 2,4 faiz azalmışdır. 2025-ci ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon ABŞ dolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalmışdır

    Faiz növləri üzrə bölgü

    Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,3 faizini, sabit dərəcə ilə olanlar isə 50,7 faizini təşkil etmişdir.

    Kreditorlar üzrə bölgü

    2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 34,9%-i Asiya İnkişaf Bankının, 27,7%-i avrobondların, 14,7%-i Dünya Bankının, 22,7%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.  

    Xarici dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti

    2025-ci ilin 01 iyul tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 77,7 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 15,5 dəfə üstələyir.

    Ödəmə müddəti üzrə bölgü

    Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

    Xarici dövlət borcunun Orta Ödəmə Müddəti

    Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,4 təşkil edir.

    Valyuta üzrə bölgü

    01 iyul 2025-ci il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,1 faiz, avro – 6,5 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz. 

    Daxili dövlət borcu 

    Daxili dövlət borcunun illər üzrə dinamikası 01 iyul 2025-ci il tarixinə daxili dövlət borcu 17 milyard 177,4 milyon manat və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyard 482,3 milyon manat və ya 7,9 faiz azalmışdır. 2025-ci ilin 01 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,7 faiz bəndi azalmışdır.

    Borcun strukturu 01 iyul 2025-ci il tarixinə daxili dövlət borcunun 8 milyard 26,8 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 150,6 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

    Dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 7,6 dəfə artaraq 01 iyul 2025-ci il tarixinə 8 milyard 26,8 milyon manata çatmışdır.  

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleDövlət Vergi Xidməti proqnoza 6 faiz artıq əməl edib – 7 AYDA 10,5 MİLYARD MANAT VERGİ YIĞILIB
    Next Article Azərbaycanın ən çox borculu olduğu xarici bankın adı məlum olub

    Related Posts

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 2025

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 2025

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 2025
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqladı

    August 6, 20250

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 20251

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 20251

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 20252
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.