Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»Dövlət Vergi Xidməti proqnoza 6 faiz artıq əməl edib – 7 AYDA 10,5 MİLYARD MANAT VERGİ YIĞILIB

    Dövlət Vergi Xidməti proqnoza 6 faiz artıq əməl edib – 7 AYDA 10,5 MİLYARD MANAT VERGİ YIĞILIB

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    2025-ci ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 558,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 106,0 faiz əməl edilib.

    Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 285,6 milyon manat və ya 2,8 faiz artıb.

    https://marja.az/public/storage/cdn/reklam/Cubics/2024/sentyabr/300×300/index.html

    Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 588 milyon manatdan çox olub, proqnoz 103,4 faiz icra edilib. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 643,9 milyon manatdan və ya 9,3 faiz çox olub. Ödənilən vergilərin 71,9 faizi qeyri-neft-qaz sektorunun, 28,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

    Bundan başqa, 2025-ci ilin yanvar-iyul aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 699,7 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 409,4 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz artıb və 2 milyard 446,3 milyon manatdan çox təşkil edib.

    İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 130,8 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artıb və 98,9 milyon manatdan çox təşkil edib.

    İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,8 faiz artıb və 641,1 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 449,3 milyon manatdan çox təşkil edib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleAzərbaycanda Əlavə Dəyər Vergisi ödəyicilərinin sayı artır
    Next Article Azərbaycan dövlətinin 26 milyard manata yaxın borcu olduğu açıqlandı

    Related Posts

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 2025

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 2025

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 2025
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqladı

    August 6, 20250

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 20251

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 20251

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 20252
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.