Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    Azərbaycanda teatr və kino sənətinin, muzey və simfonik orkestr fəaliyyətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir.

    Bu Vergi Məcəlləsinə təklif edilən dəyişikllikdə öz əksini tapıb.

    Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər aşağıdakılardır:

    – fiziki şəxs olan istehlakçılar tərəfindən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin həmin şəxslərə geri qaytarılması;

    -qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalı və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 90 faizinin 5 il müddətinə mənfəət vergisindən azad olunması;

    -film istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizinin 5 il müddətinə gəlir vergisindən azad olunması;

    -teatr, muzey, simfonik orkestr, habelə film istehsalı və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələri və film prodüserlerinin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilməsi;

    – teatr, muzey, simfonik orkestr, habelə filmin istehsalı, yayımı və dublyajı aliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması və yaxud istifadə hüquqlarının verilməsinə görə, royalti gəlirlərinin 5 il müddətinə 14% dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad edilməsi təklif edilir.

    Vergi Məcəlləsinə dəyişikliklər qəbul ediləcəyi halda bu müddəalar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleQiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək
    Next Article Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir

    Related Posts

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 2025

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 2025

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 2025
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqladı

    August 6, 20250

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 20251

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 20251

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 20252
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.