Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»“Muğanbank”a qarşı tələblərin qeydiyyat müddəti uzadılıb

    “Muğanbank”a qarşı tələblərin qeydiyyat müddəti uzadılıb

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 

    Fondun yaydığı məlumatda bildirilir ki, 27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. 

    Adıçəkilən Qanunun 76.1-ci maddəsinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarına əsasən ləğv prosesində olan “Muğanbank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınması müddəti  30 gün uzadılmışdır.

    Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

    kreditorun adı və ünvanı;

    tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

    tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

    Ləğv prosesində olan “Muğanbank” ASC–nin kreditorlarından xahiş olunur ki, 24 yanvar 2024-cü il tarixədək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

    Ləğv prosesində olan “Muğanbank” ASC–nin Baş ofisi.

    Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleAzərbaycanda dövlət‒özəl tərəfdaşlığı çərçivəsində TIR parkları yaradılacaq
    Next Article Norveç şirkəti Azərbaycanın nəhəng layihələrini tərk etdi

    Related Posts

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 2025

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 2025

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 2025
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqladı

    August 6, 20250

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 20251

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 20251

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 20252
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.