Close Menu
OES
    Facebook X (Twitter) Instagram
    Facebook Instagram
    OESOES
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə
    OES
    Home»Xəbərlər»ABŞ Çindən idxal olunan mallara gömrük tariflərini artıra bilər

    ABŞ Çindən idxal olunan mallara gömrük tariflərini artıra bilər

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email

    Amerika administrasiyası bir sıra Çin mallarının, o cümlədən elektrik avtomobillərin idxalına gömrük rüsumlarının artırılmasını nəzərdən keçirir.

    Bu barədə çərşənbə günü mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

    Məlumata görə, qərarın nə vaxt veriləcəyi məlum deyil: Ağ Ev və digər departamentlərin nümayəndələri hələ də bu məsələni müzakirə edirlər.

    “Gələn ilin əvvəlində tariflərə yenidən baxılması” imkanları nəzərdən keçirilir. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, eyni zamanda, Birləşmiş Ştatlar Çindən strateji əhəmiyyət kəsb etməyən bəzi istehlak mallarına rüsumları azaltmaq barədə düşünür.

    İdxal edilən Çin elektrik avtomobilləri hazırda 25% tariflərə tabedir. Qəzet qeyd edib ki, gömrük tariflərinin artırılması Amerika vətəndaşlarına ABŞ prezidenti Co Baydenin Çinə qarşı sərt siyasət yürütdüyünü nümayiş etdirmək və 2024-cü il prezident seçkiləri ərəfəsində ona əlavə ictimai dəstək vermək məqsədi daşıyır. 

    Keçmiş Donald Tramp administrasiyası əslində Pekinə qarşı ticarət müharibəsinə başlayıb və Çindən gələn 370 milyard dollarlıq mallara gömrük rüsumları tətbiq edib. Çin hakimiyyətinin fikrincə, bu, təkcə Çin şirkətlərinə deyil, həm də Amerika istehlakçılarına mənfi təsir edib. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Previous ArticleBankların dollara tələbi yenə artıb
    Next Article Qlobal bazarlarda son vəziyyət – GÜNƏ BAXIŞ

    Related Posts

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 2025

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 2025

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 2025
    Sosial media
    • Facebook
    • Instagram
    Son yazılar

    Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqladı

    August 6, 20250

    Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu

    August 6, 20251

    Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

    August 6, 20251

    Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırıldı

    August 6, 20252
    • Ana səhifə
    • Haqqımızda
    • Xidmətlər
    • Xəbərlər
    • Bloq
    • Əlaqə

    Type above and press Enter to search. Press Esc to cancel.