2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 12,8 faiz artaraq 70,2 milyard manat olmuşdur.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4 faiz, qeyri-ərzaq malları üzrə 8,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 8,6 faiz tartıb
2023-cü ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manata çatmışdır.