Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 6 milyard 555 milyon manat vəsait daxil olub.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, büdcədən 5 milyard 253 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 1 milyard 302 milyon manatlıq profisit (artıqlıq) yaranıb.