2023-cü ilin yanvar-noyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 12.4% artaraq 5 milyard 718,35 milyon manata çatıb.
Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 495,43 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 18.6% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 977,97 milyon manat (9.8% çox), aksizlər üzrə daxilolmalar 205,91 milyon manat (37.4% çox), yol vergisi üzrə daxilolmalar isə 39,26 milyon manat (31.5% az) təşkil edib.